Operativ Məlumat Mərkəzi

Çin XİN rəhbəri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edə bilər

2 dəq
Paylaş:
Çin XİN rəhbəri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edə bilər

Çinin naziri Van İ 2025-ci ilin fevralında Yaponiyaya səfər edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bu, Çin XİN rəhbərinin 2020-ci ilin noyabrından Yaponiyaya ilk olacaq.

Səfərlə bağlı razılıq onun dekabrın 25-də Pekində yapon həmkarı Takesi İvaya ilə görüşü zamanı əldə edilib. O zaman XİN bildirmişdi ki, Van İ gələn il münasib vaxtda Yaponiyaya səfər edəcək.

Van İnin səfəri çərçivəsində yüksək səviyyəli iqtisadi dialoq çərçivəsində tədbirin keçirilməsi gözlənilir.

Son aylarda Çin və Yaponiya arasında ikitərəfli əlaqələrin sabitləşməsi istiqamətində kurs müəyyən edilib. Xüsusilə sentyabrın sonunda Pekin və Tokio "Fukusima-1" AES-dən təmizlənmiş suyun okeana axıdılmasından sonra Çin bazarına tədarükü dayandırılan Yaponiya dəniz məhsullarının ixracının tədricən bərpası barədə razılığa gəlib.

Atom Enerjisi Agentliyi okeanda suyun axıdıldığı zonada radioaktivliyin səviyyəsinin yoxlanılması üçün çinli mütəxəssislərin də daxil olacağı əlavə qruplar yaratmağa söz verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax