Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini qəbul edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın naziri ilə Rusiya Federasiyası Prezidentinin əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib, nazir rusiyalı rəsmini Ermənistanın artan təxribatları barədə məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub.

Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işlər barədə ətraflı məlumat verib. tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneçilik törətdiyi vurğulanıb.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax