Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

1 dəq
Paylaş:
Ceyhun Bayramov kanadalı həmkarı ilə telefon danışığı aparıb

İyunun 19-da naziri ilə Kanadanın xarici işlər naziri Anand arasında aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax