Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

naziri 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər naziri Özbəkistan, Türkiyə, Misir, Qətər, Belçika, İsrail, Fələstin, Tacikistan, ABŞ, Litva, İslandiya, Rusiya, Avstriya, Slovakiya, Böyük Britaniya, Macarıstan, Xorvatiya, İsveçrə, Qırğız Respublikası, , İran, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Qazaxıstan, Serbiya, Mərakeş və Şimali Makedoniyada rəsmi və işgüzar səfərlərdə olub.

Nazir həm bu səfərlər, həm də müxtəlif platformalar (BMT-nin Baş Assambleyasının 78-ci sessiyası, ATƏT Nazirlər Şurasının iclası, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası və s.) çərçivəsində xarici həmkarları ilə 70-dən çox görüş keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax