Operativ Məlumat Mərkəzi

Çexiyada sərnişin qatarı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb

2 dəq
Paylaş:
Çexiyada sərnişin qatarı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb

Çexiyanın və Brjeznitsa şəhərləri arasında sərnişin yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Çexiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Dəmir Yollarının Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin nümayəndəsi Martin Kavka bildirib.

Mərkəzi Çexiya diyarının təcili yardım xidmətinin nümayəndəsi Monika Novakova deyib ki, altı nəfərə yardım göstərilib, onlardan biri ağır xəsarətlər aldığından helikopterlə Plzen şəhərindəki xəstəxanaya çatdırılıb.

nümayəndəsi Pavel Truksa vurğulayıb ki, qəzada qatarın və yük maşınının sürücüsü xəsarət alıb, xilasedicilər onları kabinadan çıxarmalı olublar. Qatarda təxminən 20 sərnişin olub və onların hamısı təxliyə edilib.

M.Novakova qeyd edib ki, ağır xəsarət bir nəfərdən əlavə, yüngül xəsarət alan üç nəfər Prşibaram şəhərindəki xəstəxanaya çatdırılıb, iki nəfərə isə hadisə yerində tibbi yardım edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax