Operativ Məlumat Mərkəzi

Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib

2 dəq
Paylaş:
Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib

Prokurorluğu məhkəməyə Yun Sok Yolun həbsinin uzadılması ilə bağlı müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yanvarın 23-də Yüksək vəzifəli şəxslərlə bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi səbəbindən Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib. Həmin gün prokurorluq məhkəməyə Prezidentin həbsinin fevralın 6-dək uzadılması ilə bağlı müraciət edib.

Seul Mərkəzi Dairə Məhkəməsi yanvarın 24-də üçün kifayət qədər əsas olmadığını edərək prezidentin həbsinin uzadılmasından imtina edib. Hakim qeyd edib ki, qanun istintaq və məhkəmə prosesində dövlət ittihamını fərqləndirir və antikorrupsiya idarəsi haqqında qanun onun müstəqil araşdırmalar aparmasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanı əlavə istintaq üçün həbsin uzadılmasını zəruri hesab edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax