Operativ Məlumat Mərkəzi

Cəlilabadda həmkəndlisini qətlə yetirən şəxsə cinayət işi açılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Cəlilabadda həmkəndlisini qətlə yetirən şəxsə cinayət işi açılıb - YENİLƏNİB

sakininin qətli ilə bağlı başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, mayın 27-si Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

19:21***

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax