Əsas məzmuna keç

Cəbrayılda tullantıların təkrar emalına başlanılıb

Cəbrayılda tullantıların təkrar emalına başlanılıb

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu...

rayonunun Horovlu kəndinin və yenidənqurulması zamanı tikinti-söküntü tullantılarının emalına başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə olunabilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə qənaət ediləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…