Operativ Məlumat Mərkəzi

Çavuşoğlu Türkiyənin XİN başçısı kimi yaşadığı ən çətin anlardan danışıb

3 dəq
Paylaş:
Çavuşoğlu Türkiyənin XİN başçısı kimi yaşadığı ən çətin anlardan danışıb

“Türkiyənin naziri kimi yaşadığım ən çətin anlar qırıcısının Suriyada Rusiya təyyarəsini vurmasından, həmçinin Rusiyanın Ankaradakı Andrey Karlovun qətlə yetirilməsindən sonra Moskva ilə münasibətlərdə yaranmış böhranı həll etmək olub”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində deyib.

"2015-ci ildə vəzifəmin icrasına başlayanda ilk zəng etməli olduğum şəxs Rusiyanın xarici işlər naziri Sergey Lavrov oldu. Bu, təyyarənin vurulmasından sonra baş vermişdi. Çox ciddi böhran idi. Münasibətləri bərpa etmək üçün 8 ay vaxt lazım oldu. Məni ən çox narahat edən hadisələrdən biri Rusiya səfiri Karlovun ölüm xəbərini Moskvaya enməyə hazırlaşdığımız anda almağım olub", - o deyib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya tərəfi bilirdi ki, Türkiyə hakimiyyətinin bununla heç bir əlaqəsi yoxdur və hadisəni FETÖ əməkdaşı törədib.

Qeyd edək ki, səfirə sui-qəsdin təşkilində 28 nəfərə, o cümlədən ABŞ-da yaşayan din xadimi Fətullah Gülənə qarşı ittiham irəli sürülüb. Gülən bu ittihamları rədd edib. Təqsirləndirilən şəxslərdən beşinə , səkkiz nəfərə 3 il doqquz aydan 15 ilədək həbs cəzası verilib, daha altı nəfərə isə bəraət hökmü çıxarılıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 müttəhimin işi prokurorluğun tələbi ilə ayrıca icraata götürülüb.

2015-ci il noyabrın 24-də döyüş uçuşu zamanı Rusiyaya məxsus “Su-24” təyyarəsi Türkiyə qırıcısı tərəfindən Suriyada vurulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax