Əsas məzmuna keç

Cahangir Atakişiyev İKTA-da şöbə müdiri təyin edilib

Cahangir Atakişiyev İKTA-da şöbə müdiri təyin edilib

bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub. Qeyd edək ki, kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik C.Atakişiyev bundan öncə RİNN-də...

Rəqəmsal İnkişaf və Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə şöbəsinə müdir təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu vəzifə Cahangir Atakişiyevə həvalə olunub.

Qeyd edək ki, kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik C. bundan öncə RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.

O, Bakı Dövlət Universitetində bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili alıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun “Korporativ idarəetmə” proqramının məzunudur.

“Teknofest ” Aerokosmik və Texnologiya Festivalı və 74-cü Astronavtika Konqresində RİNN tərəfindən kommunikasiya koordinatoru olub.

COP29 beynəlxalq tədbirində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə İKT və rabitə sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…