Operativ Məlumat Mərkəzi

CAGE: “İslamofobiya Fransanın daxili və xarici siyasətinin ayrılmaz hissəsidir”

3 dəq
Paylaş:
CAGE: “İslamofobiya Fransanın daxili və xarici siyasətinin ayrılmaz hissəsidir”

Fransa postmüstəmləkə dövründə ölkələrinə qarşı diplomatik strategiyasının bir hissəsi olaraq Yaxın Şərqdə münaqişənin həllində iki dövlətin yaradılması konsepsiyasını dəstəkləyib və İsrailin hərəkətlərini pisləyib. İndi xarici və daxili siyasət daha çox kəskin islamofobiya ilə xarakterizə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın təşkilatı CAGE-nin noyabr ayı üzrə aylıq hesabatında deyilir.

“Əslində, bunun məqsədi Yaxın Şərqdəki münaqişənin həlli deyil, müsəlmanların “qəlblərini fəth etmək”, həmçinin guya Fransanın onlara müsbət münasibət bəsləməsinə inandırmaq cəhdi idi”, - hesabatda qeyd edilib.

Qeyd edilib ki, indi Fransa hakimiyyəti əvvəlki mövqeyindən belə imtina edib: “Postmüstəmləkə dövründə “ərəb siyasətinə” yenidən baxılması nəticəsində Fransa öz mövqeyini kökündən dəyişib. Hazırda ölkə İsraili fəal şəkildə dəstəkləyir. Bu qərarlar cəmiyyətdə geniş etiraza səbəb olub”.

Müstəqil insan haqları təşkilatı həmçinin bildirib ki, daxili siyasətdə islamofobiya meylləri davam edir: “Belə ki, Lill rayonundakı “Averroès” özəl müsəlman orta məktəbinə bir neçə ildir ki, təzyiqlər göstərilir və ona illik subsidiya ayrılmır. Üstəlik, məlumatlara görə, Fransanın ən yaxşı orta təhsil müəssisələrindən biridir”.

Qeyd edilib ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun potensial varisi kimi görünən naziri Jerald Darmanin, yerli sağçı siyasətçilərin məktəbin müqaviləsini ləğv etmək qərarını dəstəkləyib.

Hesabatda göstərilən başqa bir misal, gecə davasında bir gəncin öldürülməsindən sonra Lionda müsəlmanlara qarşı təhdidlər olub: “Şübhəlilərdən biri ərəb olduğu üçün ifrat sağçılar irqi zəmində cinayətlərlə bağlı heç bir sübut gözləmədən Liondakı müsəlmanları və digər insanları təhdid etmək üçün küçələrə çıxıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax