Operativ Məlumat Mərkəzi

Bu yolda təmir işləri yekunlaşıb - VİDEO

1 dəq
Paylaş:
Bu yolda təmir işləri yekunlaşıb - VİDEO

Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, prospektin sözügedən hissəsində -beton örtükdə əmələ gələn qabarma və hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton frezlənib, yararsız qrunt yenilənib, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax