Operativ Məlumat Mərkəzi

Bu televiziyada nöqsanlar aşkarlandı, Baş Prokurorluğa müraciət ediləcək

1 dəq
Paylaş:
Bu televiziyada nöqsanlar aşkarlandı, Baş Prokurorluğa müraciət ediləcək

Hesablama Palatası “ Respublikası Televiziya və Radio Verilişləri” QSC bağlı Baş Prokurorluğa müraciət edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib.

“Naxçıvan" TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair hesabatı” müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax