Operativ Məlumat Mərkəzi

Bu rayonlarda qaz olmayacaq - 15.04.2024

1 dəq
Paylaş:
Bu rayonlarda qaz olmayacaq - 15.04.2024

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İB-dən bildirilib.

Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, küçəsində 48 saylı yaşayış binasına qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax