Operativ Məlumat Mərkəzi

Bu küçələrdə təmir işləri davam etdirilir

2 dəq
Paylaş:
Bu küçələrdə təmir işləri davam etdirilir

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən küçəsindən Fətəli xan Xoyski prospektinədək) və Səbail rayonu, Zərifə küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təmir çərçivəsində hazırda Zərifə Əliyeva küçəsində frezlənmə işləri yerinə yetirilir.

Əhməd Rəcəbli küçəsində isə artıq frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yekunlaşıb, hazırda küçəyə yeni asfalt-beton döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün hər iki əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax