Operativ Məlumat Mərkəzi

Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə 31 xarici vətəndaş saxlanılıb

1 dəq
Paylaş:
Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə 31 xarici vətəndaş saxlanılıb

Bu ilin 3 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətinə 1972 nəfər cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında qeyd olunub.

Bildirilib ki, onlardan 18-25 114 nəfər, 26-29 yaşadək 334 nəfər, 30 yaş və ondan yuxarı isə 1524 nəfər təşkil edir.
Həmin şəxslərdən 1934-ü kişi, 38-i qadın olub. Cinayət məsuliyyətinə cəlb şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Cinayət məsuliyyətinə cəlb edilmiş 31 nəfər xarici ölkə vətəndaşından 14-ü İran İslam Respublikası, 9-u , 5-i Rusiya Federasiyası, 3-ü Gürcüstan vətəndaşı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax