Operativ Məlumat Mərkəzi

Bu il dəmir yolları ilə sərnişi daşıma artıb

2 dəq
Paylaş:
Bu il dəmir yolları ilə sərnişi daşıma artıb

Bu ilin ilk 6 ayı ərzində dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin ilə müqayisədə 52 % artım deməkdir.

Belə ki, dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 075 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47 % çoxdur.

Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən -Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax