Operativ Məlumat Mərkəzi

Bu gün Azərbaycanda “sükut günü”dür

2 dəq
Paylaş:
Bu gün Azərbaycanda “sükut günü”dür

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı aparıla bilməz.

Məcəlləsinə əsasən, təşviqatı qeydə namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.

Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax