Operativ Məlumat Mərkəzi

Britaniyalı politoloq: “Ermənistanın təcavüzkar addımları qəbuledilməzdir”

2 dəq
Paylaş:
Britaniyalı politoloq: “Ermənistanın təcavüzkar addımları qəbuledilməzdir”

silahlı qüvvələrinin Ordusunun mövqelərini artilleriya atəşinə tutması qətiyyən yolverilməzdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu britaniyalı və jurnalist Nil Vatson deyib.

"Bu addım Nikol Paşinyanın göstərişi ilə hərəkət edib-etməməsindən asılı olmayaraq erməni tərəfinin çarəsizliyinə dəlalət edir. Erməni tərəfi sülh prosesini qeyri-müəyyən müddətə uzatmağa və ya tamamilə dayandırmağa çalışır. Göründüyü kimi, Ermənistan təkbaşına hərəkət etmir. O, həmişə Cənubi Qafqazda təsiri sürətlə zəifləyən Rusiyadan dəstək alır”, - politoloq bildirib.

O, həmçinin ictimaiyyəti İrəvana təzyiq göstərməyə çağırıb: “Böyük Britaniya və insan haqlarına inananların hamısı adından mən bu addımları pisləyirəm. Beynəlxalq ictimaiyyəti və medianı həqiqəti axtarmağa, eləcə də Ermənistana təzyiq göstərməyə çağırıram".

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax