Operativ Məlumat Mərkəzi

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb

1 dəq
Paylaş:
Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb

Yolları Dövlət Agentliyi avtomobil yolunun tikintisinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Bakıda sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax