Əsas məzmuna keç

Böyük Britaniyanın müdafiə naziri: "Rusiyanın Qara dəniz donanmasının beşdə biri məhv edilib"

Böyük Britaniyanın müdafiə naziri: "Rusiyanın Qara dəniz donanmasının beşdə biri məhv edilib"

bu barədə xarici KİV məlumat yayıb. Müdafiə Naziri Şapps bu gün verdiyi açıqlamada Krımın Feodosiya limanında Ukraynaya məxsus döyüş təyyarəsi tərəfindən...

İngiltərə Qrant Krımda donanmasına aid gəminin tərəfindən vurulmasından sonra açıqlama verərək, son 4 ayda Rusiyanın Qara donanmasının yüzdə 20-nin məhv edildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Müdafiə Naziri Şapps bu gün verdiyi açıqlamada Krımın Feodosiya limanında Ukraynaya məxsus döyüş təyyarəsi tərəfindən vurulan Rusiyanın "Novoçerkassk" desant gəmisinə işarə edərək,- “Putinin donanmasının bu son dağıdılması onu göstərir ki, Ukrayna müharibəsinin dalana dirəndiyinə inananlar yanılıblar! Onlar başa düşmədilər ki , son 4 ayda Rusiyanın Qara dəniz donanmasının 20 faizi məhv edilib",-deyə qeyd edib.

“Böyük Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz Bacarıqları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək etməklə Rusiyanın Qara dənizdəki hökmranlığına indi meydan oxuyur”,- deyə nazir əlavə edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…