Operativ Məlumat Mərkəzi

Bolqarıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayır

1 dəq
Paylaş:
Bolqarıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayır

tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax