Operativ Məlumat Mərkəzi

BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”

2 dəq
Paylaş:
BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”

"Minatəmizləmə üçün deyil, bir çox başqa ölkələr üçün də çox böyük problemdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən humanitar konfransda BMT Baş katibinin qanunun aliliyi və institutları üzrə köməkçisi Aleksandr Zuyev deyib.

“Bir çox insan minaların qurbanı olur. Təəssüf ki, əksər hallarda onlar qadınlar və uşaqlardır. Buna son qoymaq lazımdır”, - o bildirib.

Onun sözlərinə görə, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır, çünki onlar kənd təsərrüfatı ilə məşğul olanlar üçün maneədir: “Azərbaycanı belə mühüm konfransın keçirilməsinə görə təbrik etmək istərdim. Ümid edirəm ki, belə tədbirlər təkcə Azərbaycanın paytaxtında deyil, digər ölkələrdə də keçiriləcək”.

Baş katibin köməkçisi xatırladıb ki, BMT Azərbaycan daxil olmaqla, müxtəlif ölkələrdə minatəmizləmə prosesini maliyyələşdirir.

O ümid edir ki, Azərbaycan ərazilərinin minalarla çirklənməsinin miqyası nəzərə alınmaqla bu prosesin maliyyələşdirilməsi artırıla bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax