Operativ Məlumat Mərkəzi

BMT Baş katibi Tehranda Azərbaycan səfirliyinə olan silahlı hücuma münasibət bildirib

2 dəq
Paylaş:
BMT Baş katibi Tehranda Azərbaycan səfirliyinə olan silahlı hücuma münasibət bildirib

BMT Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib.

Bunu “Operativ Məlumat Mərkəzi-OMM”nin yerli bürosuna açıqlamasında BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə hərbçinin ailəsinə və xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də hüququn açıq-aydın pozulmasıdır”, - sözçü əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax