Operativ Məlumat Mərkəzi

"Nikosayağı" qəzaya düşdü, ölən var

2 dəq
Paylaş:
"Nikosayağı" qəzaya düşdü, ölən var

Bakıda tanınmış blogerin düşdüyü qəza zamanı avtomobildə 2 nəfər olub, yolda nəqliyyatın hərəkətini tənzimləyən əməkdaşını digər maşın vurub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu, prospektində bloger Nicat Şakirlinin idarə "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşına çırpılıb.

Nəticədə Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Report”a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax