Operativ Məlumat Mərkəzi

Blinken Yaxın Şərqə səfər edəcək

2 dəq
Paylaş:
Blinken Yaxın Şərqə səfər edəcək

ABŞ Antoni 4-8 fevralda , Misir, , İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi HƏMAS hərəkatının əlindəki bütün girovların azad olunması, həmçinin Qəzza sektoruna yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar atəşkəs də daxil olmaqla razılıq əldə edilməsi üçün diplomatik səylərini davam etdirəcək.

Qeyd edək ki, bu, Blinkenin İsrail-Fələstin müharibəsinin başladığı 7 oktyabr tarixindən etibarən Yaxın beşinci səfəridir.

Bir müddət əvvəl Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi HƏMAS hərəkatının Qəzza sektorunda atəşkəs rejimi, girov və əsirlərin mübadiləsi üzrə təklifə ilkin razılıq verdiyini bildirib.

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə isə Qəzzada hərbi əməliyyatları tamamilə dayandırmağa və İsraili qoşunlarını eksklavdan çıxarmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax