Operativ Məlumat Mərkəzi

Blinken: ABŞ Putini danışıqlar masasına gətirməyə kömək edəcək istənilən təşəbbüsü dəstəkləyir

3 dəq
Paylaş:
Blinken: ABŞ Putini danışıqlar masasına gətirməyə kömək edəcək istənilən təşəbbüsü dəstəkləyir

Bu gün bəziləri mübahisə edir ki, əgər ABŞ həqiqətən də Ukraynada sülh istəyirsə, buna Ukraynaya dəstəyi dayandırmaqla başlaya bilər. Və əgər da sülh istəyirsə, o ərazisinin beşdə birini - hansı ki, Rusiya qeyri-qanuni şəkildə işğal edib - ona güzəştə getməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Entoni Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.

“Gəlin bir anlıq düşünək: əgər Putinin aqresiyası Ukrayna ərazisinin beşdə biri ilə mükafatlandırılarsa, Rusiyanın qonşuları suverenlik və ərazi bütövlüyü baxımından özlərini necə güvəndə hiss edəcəklər? Yaxud zorakılıq edən bir ölkə ilə sərhəddə olan ölkə öz sərhədləri daxilində özünü necə təhlükəsiz hiss edəcək? Əgər Putinə BMT Nizamnaməsinin əsas prinsiplərini pozmağa icazə verilərsə və o, bunun bədəlini ödəməzsə, o zaman dünyadakı digər təcavüzkarlar üçün bu necə bir dərs olacaq, onlar nə öyrənəcək? Tarixə baxın, nə zaman təcavüzkar ölkə qane olub və öz qonşularına hücumu dayandırıb? ABŞ Ukrayna ilə, müttəfiqləri və tərəfdaşları ilə birlikdə ədalətli, dayanıqlı sülhün elementləri üçün çalışır. Aydın şəkildə bəyan edirəm ki, ABŞ Vladimir Putini mənalı diplomatiya və üçün müzakirə masasına gətirməyə kömək edəcək istənilən təşəbbüsü dəstəkləyir. Biz bütün səyləri dəstəkləyəcəyik, istər bu Braziliya olsun, istər Çin və ya digəri olsun. Dayanıqlı sülh BMT Nizamnaməsinin əsas prinsiplərinə - suverenliyə, ərazi bütövlüyünə və müstəqilliyə əsaslanmalıdır”, - Blinken bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax