Operativ Məlumat Mərkəzi

"Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır" - Prezident

2 dəq
Paylaş:
"Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır" - Prezident

Azərbaycanın “yaşıl ” ixracının əsas istiqaməti Avropadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bildirmək istərdim ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar.

İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb.

Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır”, - İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın aktiv enerji diplomatiyasını və meqalayihələr həyata keçirilməsini davam etdirdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax