Operativ Məlumat Mərkəzi

Bir sıra şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis edəcəklər

2 dəq
Paylaş:
Bir sıra şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis edəcəklər

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində bir sıra sənədləri imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Təhsilin İnkişaf Fondu ilə imzalanan sənədlərə görə, Qarabağ Dirçəliş Fondu, “Veysəloğlu” Qrupu, Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, “Hədəf” Şirkətlər Qrupu, “Çaşıoğlu” şirkəti, “İnci” Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti Qarabağ Universitetində təhsil alan üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüblər.

Əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax