Operativ Məlumat Mərkəzi

Bir neçə rayon və qəsəbədə qaz olmayacaq

2 dəq
Paylaş:
Bir neçə rayon və qəsəbədə qaz olmayacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq.

“Azəriqaz”dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin paytaxtın və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, , Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax