Operativ Məlumat Mərkəzi

Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın olub

1 dəq
Paylaş:
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 780kv.m. olan ikimərtəbəli tipli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, həmçinin evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansard hissəsi yanıb.

Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax