Əsas məzmuna keç

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - 22.07.2025

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - 22.07.2025

  İyulun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

İyulun 22-si saat 10:00-a olan açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağmursuz müşahidə olunub, lakin axşam saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.

İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəcevirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 36, Naxçıvan MR-da 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…