Operativ Məlumat Mərkəzi

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şahdağa isə qar yağır.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada (Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, , Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz, Sədərəkdə 14 mm, Şəmkir, Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz, Balakəndə 11 mm, Qrız, Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə, Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam, Mingəçevir, Naxçıvan, Kəlbəcər, , Xaltan, Göyçay, Ağstafa, İsmayıllı, Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac, Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi, Ordubad, Ceyrançöl, Xaçmaz, Xınalıqda 6 mm-dək, Bakıda və yarımadasında 1 mm-dək olub.

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax, Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax, Göyçayda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda 19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax