Operativ Məlumat Mərkəzi

Bəzi dağlıq rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb

1 dəq
Paylaş:
Bəzi dağlıq rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb

Saat 9:00-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, , Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib.

Qrız və Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax