Operativ Məlumat Mərkəzi

Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Azərbaycanda səfərdədir

2 dəq
Paylaş:
Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Azərbaycanda səfərdədir

Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Assosiasiyasının (BPA) Roel Dona və İcraçı direktoru Yanne Holst Hübner Azərbaycana işgüzar səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev qonaqları prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumatlandırıb.

Görüş zamanı 2024-cü ilin sentyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.

Kamran Əliyev, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax