Əsas məzmuna keç

Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatılması heyranedicidir”

Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatılması heyranedicidir”

bunu "The ASEAN lnterParlamentary Assembly"nin nümayəndə heyətinin rəhbəri Sanya Praseuth Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini...

"Azərbaycanda seçkilər modern texnologiyaların iştirakı ilə keçirilir. ölkəm Laosda hələ də köhnə qaydalar tətbiq olunur. Şəffaf mürəkkəblərdən istifadə, onun izinin xüsusi qurğu ilə yoxlanılması mənim üçün yenilik oldu".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "The ASEAN lnterParlamentary Assembly"nin nümayəndə heyətinin rəhbəri Sanya Praseuth Azərbaycanda keçirilən növbədənkənar seçkilərini müşahidə edərkən deyib.

21 Nəsimi-Binəqədi dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildirdilər: " xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. Onlar öz gələcəklərinə səs verirlər. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm", deyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib.

O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, sözügedən təşkilatı təmsil edən 3 nəfərlik qrup Laosdan gəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…