Əsas məzmuna keç

 Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb

 Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb

Həbsdə olan fəal aksiyasını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, bu gün Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə və ictimaiyyətin fikrini nəzərə aclıq aksiyasını dayandırıb:

"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik".

Xatırladaq ki, B.Hacıyev 2022-ci il dekabrın 9-da həbs edilib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…