Operativ Məlumat Mərkəzi

Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

2 dəq
Paylaş:
Bərdədə günəbaxan emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Respublikasının Təhlükəsizliyi (AQTA) Bərdə rayonu, H. prospektində fəaliyyət göstərən tumlarının emalı müəssisəsində yoxlama keçirib.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən xəbərə görə, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus sexə baxış zamanı qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin -texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.

Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax