Operativ Məlumat Mərkəzi

Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 hektarı geri qaytarılıb

2 dəq
Paylaş:
Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 hektarı geri qaytarılıb

Azərbaycanda bələdiyyələrin qanunsuz torpaqlardan 13 089 geri qaytarılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbərinə görə, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə və ya məhkəmələrə verilib.

Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax