Əsas məzmuna keç

Belçika polisi Aİ-nin bir neçə qurumunun ofisinə basqın edib, saxlanılanlar var

Belçika polisi Aİ-nin bir neçə qurumunun ofisinə basqın edib, saxlanılanlar var

buna səbəb Aİ-nin maliyyə ehtiyatlarından sui-istifadə olunması ilə bağlı şübhələrdir. Bildirilir ki, bu gün səhər saatlarında Avropa Xarici Fəaliyyət...

Belçika polisi Avropa İttifaqının Brüsseldəki xidmət ofisinə və şəxsi evlərə basqın edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Euractiv”ə istinadən xəbər verir ki, buna səbəb Aİ-nin maliyyə ehtiyatlarından sui-istifadə olunması ilə bağlı şübhələrdir.

Bildirilir ki, bu gün səhər saatlarında Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) qərargahına həyata keçirilən basqında 10 nəfər mülki formada olan belçikalı iştirak edib.

Bundan başqa Avropa Kolleci təşkilatının ofisinə də polis tərəfindən basqın edilib.

Məlumatlı mənbələrin sözlərinə görə, buna səbəb sözügedən təşkilatın Aİ maliyyə mənbələrini 2021-2022-ci illər ərzində sui-istifadə etməsidir.

Hələlik Belçika polisinin ümumi basqınlarda bir sıra sənədləri keçirdiyi, 3 nəfəri həbs etdiyi və sorğu-suala bildirilir.

Araşdırma davam edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…