Operativ Məlumat Mərkəzi

BƏƏ Prezidenti: “COP29-un keçirilməsində öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”

2 dəq
Paylaş:
BƏƏ Prezidenti: “COP29-un keçirilməsində öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq”

Ərəb Əmirlikləri COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi bu il ölkənin COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsinə görə təbrik edərkən deyib.

İki arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib.

“Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa ”, - o deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax