Operativ Məlumat Mərkəzi

BDYPİ-dən kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə xəbərdarlıq

2 dəq
Paylaş:
BDYPİ-dən kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə xəbərdarlıq

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında qaydalarına riayət etmədən hərəkətinə gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir: “Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki irihəcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir. Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək. BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir”, - deyə xəbərdarlıqda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax