Operativ Məlumat Mərkəzi

BDU-da Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

2 dəq
Paylaş:
BDU-da Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günləri çərçivəsində Dövlət Universitetində (BDU) bu ölkənin elmi ictimaiyyəti ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, bu ölkənin Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov və digər qonaqlar iştirak ediblər.

Universitetin rektoru Elçin Babayev tədbirdə bildirib ki, Bakı Dövlət Universiteti və Özbəkistanın elmi ictimaiyyəti arasında mühüm dialoqu dəstəkləməyə hazırdır: “Yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan- münasibətləri uğurlu iqtisadi modelinə çevrilib və bu, iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə səbəb olub”.

Onun sözlərinə görə, arasında əməkdaşlıqda vacib hadisələrdən biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası təşəbbüsü olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax