Operativ Məlumat Mərkəzi

Bayramda qatarla 54 675 nəfər səyahət edib

2 dəq
Paylaş:
Bayramda qatarla 54 675 nəfər səyahət edib

və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə Qurban bayramı günlərində - iyunun 6-9-da ümumilikdə 54 675 nəfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: “İyunun 6-9-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı––Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Məlumata görə, 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.

İyunun 6-9-da Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax