Operativ Məlumat Mərkəzi

Bayram günlərində şəhərlərarası və rayonlararası marşrutlar üzrə 70 mindən çox sərnişin daşınıb

2 dəq
Paylaş:
Bayram günlərində şəhərlərarası və rayonlararası marşrutlar üzrə 70 mindən çox sərnişin daşınıb

Azərbaycandakı avtovağzal və avtostansiyaların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdikləri 24 iyun - 2 iyul tarixlərində (bayram günlərində) 70 min 35 sərnişin daşınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, şəhərlərarası və rayonlararası üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə AYNA edib. Bayram günlərində 2 358 reys həyata keçirilib, xəttə əlavə 200-yə yaxın avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 4 773 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax