Operativ Məlumat Mərkəzi

“Bayer 04” tarixində ilk dəfə çempion olub

1 dəq
Paylaş:
“Bayer 04” tarixində ilk dəfə çempion olub

üzrə Bundesliqasının çempionu vaxtından əvvəl müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Bayer 04” “Bavariya”nın 11 ağalığına son tarixində ilk dəfə Almaniya çempionu olub.

Bundesliqanın 29-cu turunun ev oyununda “Bayer 04” (Leverkuzen) “Verder”ə (Bremen) 5:0 hesabı ilə qalib gəlib. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib. Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. Florian Vits 68-ci dəqiqədə üçüncü qolu vurub, 83 və 90-cı dəqiqələrdə də fərqlənərək het-trikə imza atıb.

Bundesliqanın 29 matçından sonra Xabi Alonsonun yetirmələri 79 xal toplayıb və bu onları təqib edən “Bavariya” (69 xal) üçün olub.

Qeyd edək ki, daha öncə leverkuzenlilərin son böyük uğuru 1993-cü ildə Almaniya Kuboku qazanmaq olub. Beləliklə, klub həm də 31 illik kubok həsrətinə də son qoyub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax