Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq: “Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır”

2 dəq
Paylaş:
Baş Prokurorluq: “Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır”

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A. küçəsi yaxınlığında mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş bir daha hər kəsi ictimaiyyətdə yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər 9 nəfərin meyiti taparaq aidiyyəti üzrə təhvil veriblər.

Baş Prokurorluğun Mətbuat xidməti və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax