Operativ Məlumat Mərkəzi

Baş Prokurorluğun səlahiyyətlərinin artırılması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib

2 dəq
Paylaş:
Baş Prokurorluğun səlahiyyətlərinin artırılması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib

Baş Prokurorluğun səlahiyyətlərinin artırılması haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Qeyd edilib ki, hazırda və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Prezidentin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən edilib.

Dəyişikliklə görə, bu səlahiyyətin verildiyi qurumlar sırasına Baş Prokurorluq da əlavə edilir.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax