Operativ Məlumat Mərkəzi

Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

2 dəq
Paylaş:
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

Yanvarın 16-da Kamran Əliyev rayon prokurorluğunun inzibati binasında Beyləqan, Ağcabədi, Füzuli, İmişli, Laçın, rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 71 nəfər vətəndaşın müraciətində konkret işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax