Əsas məzmuna keç

Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq

Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov...

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin qabiliyyətini artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Bişkekdə Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

“Nəqliyyat sahəsində artan xətlə inkişaf edir və regional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi barədə bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Baş nazir vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…